HAQQIMIZDA

img 8

Texnologiyanın sürətli inkişafı nəticəsində dünya bazarında avtomatik qapı sənayesi insanların gündəlik həyatına daxil olmuşdur. Hazırda “NRSERVIS” MMC olaraq fəaliyyət göstərən şirkətimiz müxtəlif növ, istənilən ölçüdə avtomatik qapıvə qapı sistemlərinin sıfırdan yığılması, quraşdırılması xidmətlərini təklif edir. Bu xidmətləri özündə birləşdirən məhsullarımıza seksional avtomatik qaraj qapıları, avtomatik sənaye qapıları, 90 dərəcə açılan avtomatik darvazalar, yana sürüşərək açılan avtomatik darvazalar, fotoselli qapılar, şlaqbaumlar və başqalarını misal göstərmək olar. Şirkətimizin peşəkar və təcrübəli işçi heyəti xidmətlərimizin və məhsullarımızın yüksək keyfiyyətinin nişanəsidir.

Şirkət olaraq məqsədimiz və amalımız avtomatik qapı və darvaza sistemlərinin yığılması və quraşdırılması zamanı görülən bütün işlərin sağlam, təhlükəsiz, ətraf mühitə ziyan vurmadan, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətlə yerinə yetirib sifarişçinin məmnuniyyətini qazanmaqdır. Onu da qeyd etmək lazımdır ki, məhsullarımıza tam zəmanət veririk və keyfiyyətimizin əsas göstəricisini ən mühüm və iri layihələrin bizə həvalə olunmasıyla izah edirik.

Bizim əsas üstünlüyümüz avtomatik qapı və darvaza sistemlərinin yığılmasıişində rəqibimizin olmaması və daxili bazarda bu tələbatı ödəyən bir neçə aparıcı şirkətdən birincisi olmağımızdır. Əlavə olaraq, avtomatik qapı sistemlərinin yığılması zamanı şirkətimizin istifadə etdiyi materiallar və aksesuarlar dünyada avtomatik qapı sənayesində öz sözünü demiş, o cümlədən, Sommer, Doco, Aperto, Groke, Flexiforce,  Ditec,  Meyadoor, Marantec, Tecsedo, İsodoor, Flexidoor kimi brendlərə məxsusdur.

FREE SHIPPING

 

PRICE PROMISE

 

3 YEARS WARRANTY