Sendviç Panellər
Avtomatik qapıların əsas hissəsi olan onun panelləri sendviç panellərdən yığılır. Sendviç panellər əsasən 4-5 sm qalınlığında olur və iç məkanları küləkdən, yağışdan, tozdan, şaxtadan və digər təsirlərdən qoruya bilir. Çünki bu panellərin səthi paslanmaz qalvaniz metaldan, içi isə poliol, izosionat və digər katalizatorların qarışımından yaranan yüksək sıxlıqlı bərk köpükdən ibarətdir və izolasiya xarakterlidir. Bu panellərin rənglənməsi xüsusi zavod şəraitində aparılır, belə ki bu panellərin rənglərinin solması vəya tökülməsinə zəmanət verilir.
Bu panellərin üzərinə xüsusi naxışlar vurulur ki, bu panelə həm gözəllik verir və həm də daha möhkəm edir. Ən çox yayılmış naxışlardan biri xonça naxışdır ki, dünyada ilk və tək olaraq hər iki üzü də xonça naxışlı panellər yalnız bizdədir.
Bütün bunlarla yanaşı bu qapı panelləri həm də forması etibarilə barmaq qoruyucu xüsusiyyətə malikdir ki bu da öz növbəsində bu qapıları daha təhükəsiz və davamlı edir.
![]() |
C profiliAvtomatik qapıların hərəkətli mexanizmlərinin (təkərlərinin) hərəkət etməsi üçün istifadə olunur. Materialı 2 mm qalınlığında qalvaniz metaldandır və korroziyaya davamlıdır. |
![]() |
Tərs C profiliAvtomatik seksional qapıların konstruksiyalarını möhkəm və sabit saxlayır və əsməsinin qarşısını alır . Materialı 1.5 mm qalınlığında qalvaniz metaldandır və korroziyaya davamlıdır. |
![]() |
L profiliAvtomatik seksional qapıların bəzi konstruksiyalarını divara və ya quraşdırılacaq yerə bərkitmək üçün nəzərdə tutulub. Materialı 2 mm qalınlığında qalvaniz metaldandır. |
![]() |
Külək dəstək profiliAvtomatik seksional qapılarda panellərin arxasına bərkidilərək qapının və konstruksiyanın küləyə qarşı davamlılığını artırır. Bu profillər əsasən böyük ölçülü və küləkli ərazilərdə olan sənaye qapılarında istifadə olunur. Materialı 2 mm qalınlığında qalvaniz metaldandır və korroziyaya davamlıdır. |
![]() |
Asqı profiliAvtomatik seksional qapıların mexanizmini tavana bərkitmək və sabit möhkəm saxlamaq üçün nəzərdə tutulub. Digər qapı profilləri kimi materialı 2 mm qalınlığında qalvaniz metaldandır və korroziyaya davamlıdır. |
![]() |
BirləşdiriciBütün bunlardan əlavə bəzi yerlərdə profilləri birləşdirmək üçün xüsusi birləşdiricilərdən istifadə olunur ki, profillərlə eyni material və keyfiyyətə malikdirlər. |